Yanvar-mart aylarında Türkiyə Azərbaycandan 222,8 min ton xam neft idxal edib.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, yanvarda Türkiyənin Azərbaycandan idxal etdiyi neftin həcmi 78 min ton, fevralda 129 min ton, martda isə 15 min ton təşkil edib. Martda Azərbaycandan neft idxalının Türkiyənin ümumi neft idxalındakı payı 1 faizdən az olub.