Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsi Şimali Kipr və Azərbaycan istisna olmaqla kərə yağının ixracına qadağa qoyub.
Eləcə də bax: Rusiya Azərbaycana pendir ixracını 2,4 dəfə, kərə yağı ixracını – 2 DƏFƏ ARTIRIB
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu qərar ölkədə kərə yağı çatışmazlığının qarşısını almaq, tələb-təklif balansını qorumaq məqsədilə qəbul edilib.
Bu ilin I rübündə Türkiyə 34 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edib. Bu isə ölin eyni dövrü ilə müqayisədə 56 dəfə çoxdur. (Report)