Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana sement və şüşə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 faiz artıraraq 27,6 milyon dollara çatdırıb.
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyun ayında Türkiyə Azərbaycana sement və şüşə ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 27 faiz artıraraq 5,9 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz artaraq 2,8 milyard dollara bərabər olub.
u ilin iyun ayında Türkiyə 524 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 23 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 5,2 milyard dollar məbləğində sement və şüşə ixrac edib. (Trend)