Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artaraq 75,2 milyon dollara çatdırıb.
Eləcə də bax: Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, karbamid 3-cü yeri tutub - İXRAC İCMALI
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyul ayında Türkiyə Azərbaycana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 11,3 faiz artaraq 8,8 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 13,5 milyard dollara bərabər olub.
Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 7,1 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 24,9 milyard dollar məbləğində polad ixrac edib. (Trend)