Dünya iqtisadiyyatındakı problemlər, eləcə də koronavirusun yaratdığı yeni reallıqlarda risklərdən qorunmaq üçün türkdilli ölkələrdə ərzaq ehtiyatlarının yaradılması təklif edilib.
FED.az xəbər verir ki, bu məsələni mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin İqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfransında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov qaldırıb.
Toplantıda Mikayıl Cabbarov qeyd edib ki, ərzaq məhsulları üzrə dövlət ehtiyatlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, bütün üzv ölkələr üçün vahid siyahının formalaşdırılması məqsədəuyğundur.