İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayı təqdim olunub.
FED.az xəbər verir ki, “İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 milyon və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,3 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları ötən ilin noyabr ayı ilə müqayisədə 18,5 faiz artaraq 90,3 milyon manat təşkil edib.
Ümumilikdə isə 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 164 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 195,5 milyon manat təşkil etmişdi.