Çərşənbə axşamı Rusiyanın Tümen vilayətindən Azərbaycana 372 ton kartof tədarük olunub. Bu barədə Rusiya mətbuatı məlumat verir.
“Cari ildə “Aqrofirma KRiMM” MMC bir partiya məhsulları ixraca göndərib. Kartof məhsulunun olduğu 6 vaqon Azərbaycana göndərilib. Partiyanın ümumi çəkisi 372 tondur”, - məlumatda qeyd olunur.
Tədarükdən əvvəl bütöv məhsul karantin nəzarətindən keçirilib.