ABŞ Prezident Donald Tramp immiqrantların deportasiyasını həyata keçirən ABŞ hərbi təyyarələrinin enişinə mane olmasından sonra Kolumbiyaya qarşı əlavə 25 faiz rüsum tətbiq edib.
Tramp qanunsuz miqrantların ABŞ-Meksika sərhədini keçməsini qadağan edib
FED.az xəbər verir ki, bazar günü ABŞ hərbi təyyarələrinin Kolumbiya miqrantlarını geri qaytarmaq üçün ölkəyə enişinə icazə verilməmişdi. Bunun ardından Prezident Donald Tramp Kolumbiya mallarına 25%-lik təcili rüsum tətbiq ediləcəyini elan etdi və bu, həftə ərzində 50%-ə qədər artırıla bilərdi. Kolumbiya Prezidenti Qustavo Petro isə bu addımlara cavab olaraq ABŞ-a 25% əks rüsum tətbiq etməyi planlaşdırdığını bildirdi
Trampın sərt sanksiya təhdidlərinə baxmayaraq, axşam saatlarında Kolumbiya və ABŞ rəsmiləri arasında razılıq əldə olundu. Kolumbiya deportasiya olunan miqrantların hərbi təyyarələrlə ölkəyə gətirilməsini qəbul etdi. ABŞ hökuməti isə iqtisadi sanksiyaları dayandıracağını açıqladı, lakin viza məhdudiyyətləri qüvvədə qalacaq.
Prezident Petro əvvəlcə hərbi təyyarələrdən istifadəni və miqrantların cinayətkar kimi qəbul edilməsini rədd etmişdi. Lakin daha sonra Kolumbiya Xarici İşlər Nazirliyi ABŞ təyyarələrinin miqrantları ölkəyə gətirməyə başladığını təsdiqlədi. Petro həmçinin ABŞ vətəndaşlarını Kolumbiyada qanunsuz qalmaqdan çəkinməyə çağırdı və insan azadlığını dəstəklədiyini vurğuladı.