Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası "Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”da dəyişikliklər edib.
ELƏCƏ DƏ BAX: Bakıda avtobuslarda YENİLİK - Sürücünün qayda pozuntusunu aşkarlayana hədiyyə
FED.az-ın məlumatına görə, bu Təlimat Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün tədris müəssisələrini və kursları bitirmiş şəxslərdən məqbul (zaçot) və imtahanların qəbul edilməsi və onlara sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi (dəyişdirilməsi) ilə bağlı qaydaları müəyyən edir.
Təlimatda edilən dəyişiklik traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücüsü vəsiqəsi ilə bağlıdır. Dəyişikliyə əsasən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqəsinin nümunəsi ləğv olunur. Bu qərar gələn il yanvarın 1-də qüvvəyə minəcək. Başqa sözlə, gələn il yanvarın 1-dən yeni nümunə əsasında traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqələri veriləcək.
Yeni texnika sürücü vəsiqələrində də bütün texnikalar tipindən, təyinatından və idarəetmə xüsusiyyətindən asılı olaraq "T”, "TK”, "TT”, "H”, "HT” və "HK” kateqoriyalarına bölünəcəklər. Bu kateqoriyalara aid olan texnikaların idarə edilməsi üçün sürücülərə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqəsi veriləcək.
Yeni texnika sürücü vəsiqəsinin nümunəsini Nazirlər Kabineti təsdiq edəcək.
Qeyd edək ki, hazırda verilən texnika sürücüsü vəsiqəsinin üz tərəfi açıq bənövşəyi və mavi-yaşıl rəngin qarışığı olmaqla üzərində Azərbaycan Respublikasının xəritəsi və təkərli traktorun təsviri, arxa hissəsi isə yaşıl-mavi fonda olmaqla Azərbaycan Respublikasının gerbinin təsviri olan qiloş (qoruyucu tor) şəbəkəsindən ibarət 86x54 mm ölçüdə plastik kart formasında hazırlanır. Texnika sürücüsü vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – "AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:
- sahibinin soyadı;
- sahibinin adı və atasının adı;
- sahibinin doğum tarixi və yeri;
- sahibinin yaşayış yeri;
- vəsiqəni vermiş orqanın adı;
- vəsiqənin verilmə tarixi və yeri;
- vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;
- vəsiqənin nömrəsi;
- vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın möhürü;
- sahibinin qan qrupu və imzası;
- xüsusi qeydlər;
- idarə etməyə icazə verilən traktor və digər mexaniki nəqliyyat vasitələrinin kateqoriyaları.
Texnika sürücüsü vəsiqəsində traktor və digər mexaniki nəqliyyat vasitələrinin kateqoriyalarına dair aşağıdakı məlumatlar qeyd edilir:
"T” - təkərli traktorlar, 14 kN /1.4 d g/ sinfinə kimi;
"TK” - təkərli traktorlar, 14 kN /1,4 d g/ sinfindən yuxarı;
"TT” - tırtıllı traktorlar;
"H” - mexaniki transmissiyalı özügedən maşınlar;
"HT”- hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər;
"HK” - meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar.
Traktorçulara yeni sürücü vəsiqələri veriləcək – TARİX
21:14
14 Noy 2018