2022-ci ildə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınan yüklərin həcmi 51420,6 min ton, yük dövriyyəsi isə 12648,9 milyon ton-km olub.
FED.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artım müşahidə olunub.
Yüklərin 27966,8 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16841,2 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınan yüklərin 26,5 faizini və ya 13634,6 min tonunu tranzit yüklər təşkil edib (Vergilər.az).