2017-ci ilin yanvar-fevral aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 1 mln. 898,1 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 61,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 21,3% tranzit yüklərin payına düşüb.
Bu dövrdə TRACECA ilə Azərbaycan ərazisindən keçməklə həyata keçirilən yük daşımalarının ümumi həcmi 8 mln. 918,1 min ton (artım 13,9%) təşkil edib.
TRACECA çərçivəsində yüklərin 2 mln. 597,5 min tonu və ya 29,1%-i dəmir yolu nəqliyyatı, 5 mln. 156,8 tonu və ya 57,9%-i avtomobil nəqliyyatı, 1 mln. 163.8 min tonu və ya 13%-i dəniz nəqliyyatının payına düşüb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.