Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota Motor” şirkəti sentyabr ayınadək olan dövr ərzində rekord miqdarda satış barədə məlumat yayıb.
ELƏCƏ DƏ BAX: Sürücülük vəsiqəsinə görə yeni rüsum – QÜVVƏYƏ MİNDİ
FED.az-ın məlumatına görə, istehsalın artmasına səbəb kimi isə Çində və Asiyanın digər ölkələrində artan yüksək tələbat göstərilir.
Hesabat dövründə ümumi satış həcmi 14,6 trilyon yen və ya 130 milyard dollar təşkil edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 3,4 faiz çoxdur.
Şirkətin əməliyyat gəlirləri 11 milyard dolları keçib ki, bu da yen ilə ifadə də 15 faizdən çoxdur.
Şimali Amerikada da satışın artdığı, lakin polada və digər materillara sərf edilən məsrəflərin gəliri üstələdiyi bildirilir.
Şirkət cari maliyyə ilində satışın təqribən 260 milyard dollara çatacağını proqnozlaşdırır. Bu isə öz növbəsində il ərzində təmiz gəlirin 20 milyard dolları ötəcəyi barədə proqnoz verməyə əsas yaradır.
marja.az
“Toyota”dan – REKORD SATIŞ
19:38
6 Noy 2018