Azərbaycan “TikTok” şirkəti ilə rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanmasını müzakirə edib.
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər veri ki, müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin “TikTok”un platforma strategiya rəhbəri Junjiao Bai və şirkətin dövlət orqanları və korporativ məsələlər üzrə direktoru Sergey Sokolov ilə keçirdiyi görüşd aparılıb.
Tərəflər Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, “TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları, eyni zamanda vergilər, maliyyə savadlılığı və ümumilikdə ölkənin iqtisadi prioritetləri haqqında məlumatlandırma və maarifləndirmə üçün kontentlərin hazırlanması barədə fikir mübadiləsi aparıblar.
Dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Azərbaycanda da rəqəmsal infrastrukturun təkmilləşdirilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqinə, innovativ texnologiyaların tələblərinə uyğun bilik və bacarıqları olan insan kapitalının formalaşdırılmasına xüsusi önəm verilir.
Rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən təhsil, səhiyyə və digər sferalarda tətbiqi dayanıqlı inkişaf drayverlərinin hərəkətə gətirilməsini, ölkəmizin yeni qlobal trendlərə uyğunlaşmasını təmin edəcək", - məlumatda deyilir.
***
Azərbaycan və “TikTok” şirkəti arasında rəqəmsal infrastrukturun təkmilləşdirilməsi imkanları müzakirə edilib.
Mikayıl Cabbarov "TikTok"la əməkdaşlıq imkanlarını müzakirə edib
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“TikTok” şirkətinin platforma strategiya rəhbəri Junjiao Bai və şirkətin dövlət orqanları və korporativ məsələlər üzrə direktoru Sergey Sokolovla görüşümüzdə Azərbaycanda rəqəmsal infrastrukturun təkmilləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırdıq.
“TikTok Startap Akademiyası”nın fəaliyyəti, biznesin potensialının təqdim edilməsi və digər istiqamətlərdə əməkdaşlıq imkanları barədə müzakirə apardıq", - E. Əliyev qeyd edib.