Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2019-cu ilin yanvar-may ayları ərzində istehsal edilmiş məhsulun ümumi dəyəri 5 faiz artaraq 325,5 milyon manat təşkil etmişdir.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, tikinti kərpicinin istehsalı 62,5 faiz, tikinti əhənginin istehsalı 38,2 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 24,4 faiz, sementin istehsalı 3,1 faiz artmış, betondan yığma tikinti konstruksiyalarının istehsalı 53,0 faiz, tikinti gipsinin istehsalı 84,2 faiz azalmışdır.