Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə əsasən, 2016-cı ilin yanvar-noyabr ayları ərzində ticarət əməliyyatlarının həcmi 16 031,63 milyon ABŞ dolları olub. Bu göstərici keçən ilin müvafiq dövrünə nisbətən 20.20 % azalıb.
Qeyd edək ki, idxal əməliyyatlarının həcmi 7 716, 72 milyon ABŞ dolları, ixrac əməliyyatlarının həcmi isə 8 314,9 milyon ABŞ dolları təşkil edib. Keçən ilin müvafiq dövrünə nisbətən ixrac əməliyyatları 30.02 %, idxal əməliyyyatları isə 6.00 % azalıb.