İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin investisiyaların təşviqi ilə bağlı imzaladığı fərman və sərəncamlarda nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilir.
İqtisadiyyat Nazirliyindən Fed.az-a verilən məlumata görə, Şirvan şəhərində sahibkarlıq subyektləri üçün növbəti interaktiv treninq keçirilib. Treninqdə iştirakçılara ölkəmizdə investisya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib, bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilərək, praktiki məşğələlər vasitəsilə nümunələr göstərilib.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Məlumatda qeyd olunur ki, indiyədək 64 sahibkarlıq subyektinə 67 investiya təşviqi sənədi, 42 sahibkarlıq subyektinə isə 115 təsdiqedici sənəd verilib. Bu layihələrin ümumi investisiya dəyəri 827,9 mln. manat təşkil edir. Bu layihələr çərçivəsində 5000-dən çox iş yerinin açılması nəzərdə tutulur.