“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə FED.az-a Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.
Məlumata görə, Şuranın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin holdinqin nümayəndələri iştirak edib.
İclasda Cəmiyyətin 2022-ci il üzrə büdcəsi, o cümlədən, hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının nəticələrinə dair Tədbirlər Planı müzakirə olunub. Eyni zamanda, iclas iştirakçıları Cəmiyyətin yeni korporativ strukturunu müzakirə edərək müvafiq qərarlar qəbul ediblər.
Şuranın tərkibi ölkə prezidentinin 22 sentyabr 2021-ci il sərəncamına əsasən yenidən formalaşdırılıb.