Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tekstil sahəsinə aid bir neçə yeni dövlət standartları qəbul edilib.
AZSTAND-dan FED.az-a bildirilib ki, bu standartlar aşağıdakılardır: AZS ISO 1833-1:2024 “Toxuculuq məmulatları — Kimyəvi kəmiyyət analizi - 1-ci hissə: sınağın ümumi prinsipləri”, AZS ISO 1833-2:2024 “Toxuculuq məmulatları — Kimyəvi kəmiyyət analizi - 2-ci hissə: Üçlü lif qarışıqları” , AZS ISO 1833-4:2024 “Toxuculuq Məmulatları — Kimyəvi Kəmiyyət Analizi — 4-cü hissə: Müəyyən zülal liflərinin digər müəyyən liflərlə qarışıqları (hipoxloritin istifadə olunduğu üsul)”, - AZS ISO 1833-6:2024 “Toxuculuq məmulatları - Kimyəvi kəmiyyət analizi – 6-cı hissə: Viskoza, bəzi kupron növləri, modal və ya lioselin liflərinin digər liflərlə qarışığı (qarışqa turşusu və sink xloriddən istifadə üsulu)”, AZS ISO 1833-7:2024 “Toxuculuq məmulatları - Kimyəvi kəmiyyət analizi - 7-ci hissə: Poliamidin bəzi digər liflərlə qarışıqları (qarışqa turşusundan istifadə üsulu)”, AZS ISO 1833-9:2024 “Toxuculuq məmulatları – Kimyəvi kəmiyyət analizi – 9-cu hissə: Asetatın digər liflərlə qarışıqları (benzil spirtindən istifadə üsulu)”, AZS ISO 1833-10:2024 “Toxuculuq məmulatları - Kimyəvi kəmiyyət analizi – 10-cu hissə: Triasetatın və ya polilaktidin digər liflərlə qarışıqları (dixlorometandan istifadə üsulu)” , AZS ISO 1833-11:2024 “Toxuculuq məmulatları – Kimyəvi kəmiyyət analizi – 11-ci hissə: Müəyyən selüloz liflərinin digər liflərlə qarışıqları (sulfat turşusundan istifadə üsulu)”.
Dövlət standartının tətbiq edilməsində məqsəd müvafiq laboratoriyalarda aparılan sınaqlar zamanı kimyəvi analizlər əsasında toxuculuq məhsullarının keyfiyyətini, tərkibini və təhlükəsizliyini müəyyən etməkdir.
Qeyd edək ki, yeni dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində istinad standartları kimi qəbul olunub. Sözügedən yeni dövlət standartları “Tekstil sahəsi” standartlaşdırma üzrə texniki komitədə (AZSTAND/TK 45) müzakirə olunub və institut tərəfindən qəbul edilərək müvafiq qaydada Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.