Mühərrik və sənaye yağları istehsalçısı “Technoil” barəsində məhkəmə iddiası qaldırılıb.
Eləcə də bax: "Akkord" gömrük qaydalarını pozduğuna görə - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az xəbər verir ki, işə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Technoil” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub.
Qeyd edək ki, 2020-ci ilin yanvarında da şirkət eyni maddə ilə məhkəməlik olub və cərimələnib. (Qafqazinfo)