Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Qazaxıstanın Türküstan vilayətində “TuranSEZ” xüsusi iqtisadi bölgəsi yaradılacaq.
FED.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən TDT-nın ticarət və iqtisadiyyat nazirlərinin 12-ci iclası zamanı Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.
O qeyd edib ki, tərəflər həmçinin rəqəmsal iqtisadiyyat ortaqlığına dair sənədin imzalanmasına dair razılığa gəliblər.
TDT-nın ticarət və iqtisadiyyat nazirlərinin 12-ci iclasının nəticələrinə dair bəyannamə də imzalanıb. (Apa)