Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə və “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Eləcə də bax: Reaktiv mühərriklər üçün yanacaq gömrük rüsumundan - AZAD EDİLİB
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu qərarları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən verib.
Aksiz dərəcələri ilə bağlı dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texnoloji məqsədlər üçün kerosinin 1 tonu 80 manatdan 1 manata endirilib.
Reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonu 80 manat məbləğində qalıb.
Gömrük rüsumlarının dərəcələri ilə bağlı dəyişikliyə görə isə reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin gömrük rüsumu 15%-dən 0%-ə endirilib.
Hər iki qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.
Report