Tatarıstanlı iş adamları Azərbaycana dəvət olunub.
Mikayıl Cabbarov Tatarıstanın bir sıra iri müəssisələrinin rəhbərləri ilə - GÖRÜŞLƏR KEÇİRDİ
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabındakı paylaşımda bildirib.
"Azərbaycan-Tatarıstan Biznes Forumunda ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes tərəfdaşlığının təşviqi barədə danışdıq. Tatarıstanlı iş adamlarını dövlət tərəfindən xüsusilə sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət etdik", - paylaşımda deyilir.
Nazir, həmçinin İnvestisiya İnkişafı Agentliyinin Vahid Təqdimat Mərkəzində Tatarıstanın iqtisadi və investisiya potensialı, sənaye klasterləri və XİZ-lərin fəaliyyəti barədə təqdimat barədə də məlumat verib.
"Mərkəzə səfərimiz çərçivəsində birgə investisiya perspektivlərinin reallaşdırılması imkanlarına dair müzakirələrimiz oldu", - M.Cabbarov qeyd edib. (Report)