Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilib.
FED.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb.
ELƏCƏ DƏ BAX: 7 qurum ləğv edildi – FƏRMAN
Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək. Tarif (qiymət) Şurasına tapşırılıb ki, katibliyi Tarif (qiymət) Şurasının üzvlərinin təmsil etdikləri dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət tərkibdə formalaşdırsın, əsasnaməsini təsdiq etsin və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Tarif Şurasının Katibliyi yenidən - BELƏ FORMALAŞDIRILACAQ
19:57
14 Yan 2019