Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini Nigina Anvarinin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.
Nazirlikdən Fed.az-a verilən məlumata görə, görüşdə məqsəd sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində Azərbaycan təcrübəsini öyrənmək olub.
Tacikistan nümayəndə heyəti ilə görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq subyektlərində yoxlamaların tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Görüşdə həmçinin, Tacikistan nümayəndə heyəti üçün Azərbaycanda sahibkarlığın inkişafı barədə təqdimat keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Taciklər Azərbaycan təcrübəsini öyrənir
12:47
4 Noy 2016