Süveyş kanalında saya oturan və nəticədə martın 23-dən kanalı bağlayan «Ever Given» konteyner gəmisini kənara çəkmək mümkün olub.
Nəhəng gəmi Süveyş kanalında 2 günlük «tıxac» yaratdı – NEFT BAHALAŞDI
FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Inchcape» nəqliyyat şirkəti məlumat yayıb. Amma hələlik kanalda hərəkətin nə vaxt bərpa olunacağı məlum deyil.
«Bloomberg»in məlumatına görə, gəminin ilişib qaldığı yerdən 27 min kubmetr qum çıxarılıb, yalnız bundan sonar gəmi yerindən tərpənib. Hazırda buksir gəmiləri gəmini çevirmək istəyirlər ki, hərəkətini bərpa edə bilsin.
Kanalın rəhbəri Usama Rabiy bildirib ki, hələlik işlər tam başa çatmayıb, amma gəmi yerindən tərpənib. Onun sözlərinə görə, «Ever Given»in kanalda hərəkətini bərpa etməsi üçün bir neçə saatlıq iş qalıb.
Xatırladaq ki, dünyanın ən böyük konteyner daşıyan gəmisi olan çəkisi 224 min ton, 400 metrlik «Ever Given» gəmisi Süvseyş kanalında martın 23-dən saya oturub və hərəkəti dayandırıb.
Kanalda 450 gəmi növbə gözləyir. İlişib qalan yüklərin ümumi qiyməti 10 milyatrd dollardır. Gözləmək istəməyən gəmilər Afrikanı dolanmaqla yollarına davam ediblər. Kanalın bloklanmasından Misir gündə 14-15 milyon dollar itirir.