2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ölkə üzrə ümumilikdə təqribən 42,7 milyard manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Pərakəndə ticarət dövriyyəsi ən böyük göstəricisi 24,9 milyard manat olmaqla Bakı şəhərində qeydə alınıb.
Sumqayıtda 1,3 milyard manat, Gəncədə 1,2 milyard manat, Abşeronda isə 1,1 milyard manat olub.
Növbəti 4 rayonda isə bu göstərici 500 milyon manatdan yüksək, 600 milyon manatdan aşağıdır.
Həmin rayonlara Lənkəran (582,4 milyon manat), Şəmkir (523,8 milyon manat), Xaçmaz (519,6 milyon manat), Bərdə (514,8 milyon manat) və Tovuz rayonları (503,6) milyon manat) daxildir.
Pərakəndə ticarət dövriyyəsinin ən aşağı göstəricisi Xocalı (223 min manat) və Ağdərə (651 min manat) üzrə qeydə alınıb.