Ötən il ərzində “Azərbaycan Respublikasının kiçik və orta sahibkarlıq (KOS) səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 2017-ci ilə nəzərdə tutulmuş hissəsinin 67%-nin icrası tamamlanıb, 24%-i qismən icra edilib və 9%i isə icra edilməyib.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qarşısına qoylan işlərin 92%-ni icra edib, 8%-i isə icra edilməyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının planlaşdırılmış tədbirlər qrupuna aşağdakılar daxil olub.
1.Müflisləşmə və iflas məsələləri ilə bağlı kiçik və orta sahibkarlıq subyektlərinin problemlərinin müəyyən edilməsi məqsədilə KOS subyektləri və aidiyyəti qurumlarla əlaqə yaradılması, müzakirələrin aparılması;
2. Kiçik və orta sahibkarlıq subyektlərinin iflas vəziyyətində rastlaşdıqları əsas çətinliklərin müəyyən edilməsi;
3.Ən böyük müflisləşmə göstəriciləri olan sahələrin, eləcə də problemlərin səbəblərinin müəyyən edilməsi;
4.Müflisləşmə prosesində həyata keçirilən fəaliyyətin monitorinqinin aparılması;
Qeyd edək ki, göstərilən məsələlərlə bağlı icra müddəti qiymətləndirməsi fərqli tarixlərdədir. Belə ki, yuxarda yazılan 1-ci planlaşdırılmış tədbir 2017-ci ili, 2 və 3-cü işlər bu il üzrə ölçüləcək və sonuncusu isə 2019-2020-ci illərdə mütamadi olaraq icra olunacaq.
“Strateji Yol Xəritəsi”nin icra vəziyyəti açıqlandı
15:58
18 İyul 2018