Dövlət Statistika Komitəsinin kollektivi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparan Silahlı Qüvvələrə dəstək aksiyasına qoşularaq Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasına sovqat göndərib.
Komitədən FED.az-a verilən məlumata görə, ötən ay Komitə rəhbərliyi 1 aylıq vəzifə maaşını Silahlı Qüvvələrə Yardım Fondununa köçürüb.
Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi məğrur Azərbaycan Ordusuna bu haqq-ədalət savaşında sonsuz uğurlar və möhtəşəm qələbə arzulayır.
İgid əsgər, Qələbə sənindir! Qarabağ Azərbaycandır!