2024-cü ilin yanvar-mart ayılarında Azərbaycanda qiymət artımı cəmi 1% təşkil edib, bu dövodə ərzağın qiymətlərində ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2024-cü ilin yanvar-mart ayları üzrə hesabatında bildirilir.
Komitənin məlumatına görə, 2024-cü ilin ilk 3 ayında ölkədə qiymətlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artıb.
Qida məhsullarının və içkilər və tütün məmulatlarının qiymətində ümumiyyətlə 0,3% ucuzlaşma qeydə alınıb.
Bu dövrdə qeyri-qida malları 1,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,5 faiz bahalaşıb.