Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 30 yeni dövlət standartı qəbul edilib.
İnstitutdan FED.az-a verilən məlumata görə, hesabat dövründə qida texnologiyası və kənd təsərrüfatı üzrə 21, tikinti materialları üzrə 2, idarəetmə və keyfiyyət üzrə 4, elektromaqnit uyğunluğu sahəsi üzrə 1, elektrotexnika sahəsi üzrə 1, hidravlik sistemlər üzrə 1 dövlət standartı qəbul edilib.
Eyni zamanda, 13 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 13 dövlət standartı ləğv edilib.
Cari ilin yanvar-mart aylarında sahibkarların sifarişi əsasında 29 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.