Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq. FED.az xəbər verir ki, bu göstərici "Standard & Poor’s" reytinq agentliyinin hesabatında qeyd olunub.
"Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "ВВ+/В" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.