“S&P Global Ratings” 2024-2027-ci illər üzrə Azərbaycanın iqtisadi artım proqnozunu müəyyən edib.
AMB növbəti il iqtisadi artım üçün əsas risk faktorlarını açıqlayıb
FED.az xəbər verir ki, Beynəlxalq Reytinq Agentliyi 2024-cü il üzrə real ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,5%-dən 4.5%-ə yüksəldib.
S&P 2025-2027-ci illərdə ölkədə iqtisadi artımı 2% müəyyən edib. Başqa sözlə, reytinq agentliyi 2024-cü il üzrə proqnozunu 2 faiz bəndi, 2026-2027-ci illər üzrə proqnozunu isə 0,5 faiz bəndi yaxşılaşdırıb.
Reytinq agentliyi həmçinin, 2024-cü il üzrə Azərbaycanda nominal ÜDM-in 74 milyard, 2025-ci üzrə 75 milyard, 2026-cı il üzrə 78 milyard, 2027-ci il üzrə isə 81 milyard ABŞ dolları həcmində proqnozlaşdırıb. (Apa)