“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanda inflyasiyanın 12% təşkil edəcəyini proqnozlaşdırıb.
Taleh Kazımov: "İllik inflyasiya 8,3% olacaq"
FED.az xəbər verir ki, bu proqnoz “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında yer alıb.
"Əksər inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatlar kimi, Azərbaycanda inflyasiya 2015-ci ildə manatın devalvasiyasından sonra qiymətlərin əhəmiyyətli dərəcədə artdığı 2016-2017-ci illər ərzindəki səviyyələri aşaraq proqnozlarımızı üstələməkdə davam edib. Hazırkı qiymət təzyiqləri pandemiyadan sonra yenidən açılma, ərzaq qiymətlərindəki inflyasiya və Azərbaycan xaricdən geniş çeşiddə mallar idxal etdiyindən və xarici inflyasiya prosesləri ona əhəmiyyətli dərəcədə təsir etdiyindən qlobal tendensiyaların təsiri ilə şərtlənir. İndi biz inflyasiyanın 2022-ci ildə demək olar ki, 14%-dən 2023-cü ildə orta hesabla 12% təşkil edəcəyini proqnozlaşdırırıq"- S&P qeyd edib.
Reytinq agentliyi əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı inflyasiya təzyiqlərini azaltmaq üçün buna cavab olaraq pul siyasətini tədricən sərtləşdirir. Bu baxımdan “S&P Global Ratings” Azərbaycanda inflyasiyanın 2025-ci ilə qədər tədricən 5%-ə enəcəyini proqnozlaşdırıb. (Apa)