“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda COVID-19 pandemiyasının fonunda ÜDM-nın 6,6% azalacağını, 2021-ci ildə isə iqtisadiyyatın bərpa olaraq 2,6% artacağını proqnozlaşdırır.
FED.az xəbər verir ki, hazırda ölkənin bank sektorunda Azərbaycan bankları öz bizneslərinin böyüməsi və qazanc perspektivləri ilə bağlı artan problemlərlə üzləşirlər, bu da xarici təsirlərə həssaslıqla yanaşı, nəticədə bankların kapital buferlərinə, aktivlərin keyfiyyətinə və maliyyələşmə sabitliyinə əvvəlcədən gözləniləndən də ağır zərbə bura bilər.
“S&P” qeyd edir ki, iqtisadiyyatın bərpa sürəti iqtisadi dislokasiyanı azaltmaq və ev təsərrüfatlarına dəstək yönündə görülən tədbirlərin səmərəliliyindən asılı olacaq.
Apa