"Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz neqativdir.
Bildirilir ki, reytinqə müsbət təsir edən amil Azərbaycanın yüksək fiskal göstəriciləridir. Burada əsas yük Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici valyutada ifadə olunmuş aktivlərinin payına düşür.