"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində, uzunmüddətli reytinqlər üzrə proqnozu isə "Stabil" səviyyədə təsdiqləyib.
Eləcə də bax: Azərbaycan üçün mənfi və müsbət ssenarilər - Fitch Ratings AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, proqnozun sözügedən səviyyədə təsdiq olunması Qarabağ müharibəsinin bitməsi ilə üçtərəfli atəşkəs razılaşmasının imzalanması, həmçinin əlverişli karbohidrogen qiymətləri və artan qaz ixracının Azərbaycanın bu il fiskal və tədiyə balansını dəstəkləyəcəyi ilə əsaslandırılır.
S&P "BB" səviyyəsində qiymətləndirdiyi ölkələr arasında fiskal və xarici mövqe üzrə Azərbaycanı ən güclü ölkələr sırasına aid edir. Bu, əsasən Dövlət Neft Fondunun (ARDNF) topladığı əhəmiyyətli likvid aktivlər hesabına baş verib.
"Biz proqnozlaşdırırıq ki, 2025-ci ilə qədər likvid aktivlərin ÜDM-ə nisbəti 70%-ə yaxın qalacaq və məcmu dövlət borcu ÜDM-in 30%-i səviyyəsinin aşağısında ollacaq. Hazırda əlverişli neft qiymətləri də Azərbaycanın fiskal və tədiyə balansını dəstəkləyir", - kredit reytinqi agentliyi bildirir.
S&P Azərbaycan üzrə reytinqlərin yüksəlməsini məhdudlaşdıran əsas amillər sırasında zəif institusional səmərəliliyi, ölkənin dar və cəmləşmiş iqtisadi bazasını və monetar siyasətin məhdud çevikliyini qeyd edib.