"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycan iqtisadiyyatının 6,9% azalacağını, 2021-ci ildə isə bərpa olaraq 2,9% artacağının proqnozlaşdırır. Eyni zamanda, ölkədə builki illik inflyasiyanın 1,8% səviyyəsində olacağı gözlənilir.
Eləcə də bax: "S&P" Azərbaycanın kredit reytinqini "BB+/B" səviyyəsində təsdiq edib
FED.az xəbər verir ki, bu barədə reytinq agentliyinin açıqlamasında deyilir.
Dağlıq Qarabağ münaqişəsinin əhəmiyyətli eskalasiyası fonunda ölkənin hərbi büdcəsinin xərclərinin artması, ev təsərrüfatlarının və sivil infrastrukturun bərpasına yönələcək dəstəyin iqtisadiyyata dəyəcək ziyanın yeni drayverləri olacaq. Ölkədə ÜDM-ə mənfi təsir göstərən faktorlar sırasında COVID-19 pandemiyası və aşağı neft qiymətləri göstərilir.