“Standard & Poor's” reytinq agentliyinin dərc etdiyi yeni proqnoza əsasən yayılan koronavirusun iqtisadiyyata güclü təsirindən ABŞ bankları 2020-ci ili ən pis halda 15 mlrd. dollar zərərlə başa vura bilər.
FED.az xəbər verir ki, ötən ili 195 mlrd. dollar gəlirlə bitirən ABŞ kreditorları bu il iqtisadiyyatın bütün sektorlarının koronavirusun mənfi təsirinə məruz qalması və istehlak xərclərinin kəskin azalması ilə üzləşə bilər.
Agentliyinin daha mülayim ssenari vəd edən proqnozuna görə isə, ABŞ iqtisadiyyatının ancaq turizm və əyləncə sektorları böhran yaşayacaq və ölkədə olan banklar cari ili təxminən 100 mlrd. dollar gəlirlə bitirə biləcək.
Apa