Azərbaycandan soğan ixracı təcrübəsi hər il kiçik həcmdə faraş məhsul ixracı ilə xarakterizə olunurdusa, 2017-ci ildən etibarən soğan ixracı kəskin şəkildə artaraq tarixi rekord həcmdə olub.
Barədə Kənd Təsərrüfatrı Nazirliyinin ixrac bazarlarının icmalına istinadən xəbər verir.
Rəsmi statistikaya əsasən, soğan ixracı təkcə bu ilin yanvar-avqust aylarında ötən ilin 12 aylıq göstəricisi ilə müqayisədə 13 dəfə artaraq 39 058 tona çatıb.
Bildirək ki, cəmi soğan ixracının 61%-i Rusiyanın payına düşüb. Bundan başqa, Türkmənistan, İraq, Gürcüstan, Ukrayna, İran və BƏƏ ixrac edilən əsas ölkələrdir.
Mövcud dünya bazar qiymətləri kontekstində Azərbaycandan soğan ixracı, xüsusilə devalvasiyadan sonra çox perspektivli görünür.
Qeyd edək ki, hazırda yerli bazarda 1 ton baş soğan topdansatış bazarda təqribən 160 ABŞ dollarına (0,27 AZN/kq) təklif olunur.