Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft emalı zavodu olan STAR NEZ (Neft Emalı Zavodu) hər il xam neft və məhsul qiymətlərinə görə dəyişsə də, Türkiyədə cari kəsirin azalmasına töhfə verir. Bu məqsədlə üzərində çalışdığı iki layihədən birini 2021 - ci ildə, digərini isə 2022 - ci ildə tamamlamağı hədəfləyir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə məlumat Dövlət Neft şirkətinin (SOCAR) Türkiyədəki müəssisəsi SOCAR Türkiyənin son iki il üzrə keçirilən hesabat tədbirində verilib.
Qeyd edək ki, səmərəliliyi və əməliyyat rahatlığını artırmaq üçün təxminən 600 milyon dollar əlavə saxlama investisiyalar qoyulur. Bu investisiyalar başa çatdıqda STAR NEZ - in anbar tutumu 1.6 milyon kub metrdən 2.2 milyon kub metrə qədər artacaq. Bu şəkildə STAR NEZ - də xammal qaynağı çeşidliliyi yarana biləcək.