"Bundan sonra bütün işlərimizi həftəlik planlama üzərindən həyata keçirəcəyik. Buna səbəb pandemiya ilə bağlı qapanmaların olmasıdır"
Fed.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Enerji A.S"nin baş icraçı direktoru Zaur Qəhramanov SOCAR Türkiyənin son iki il üzrə keçirilən hesabat tədbirində deyib.
Z.qahramov bildirib ki, əvvəllər illik planlama olurdu. Sonra aylıq planlamalara keçirilsə də, indiki vəziyyəti nəzərə alıb həftəlik işimizi planlamalıyıq: "Pandemiyanın, xüsusilə də qapanmaların turizm və digər sahələrə təsiri özünü bizim sahədə də göstərdi".