Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin avqust ayında dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib.
FED.az SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 milyon 321 min manat və ya 14,9 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 48 milyon 348 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 milyon 946 min manat və ya 15,8 faiz çoxdur.
Bundan əlavə, 2017-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 575 min manat vəsait köçürülmüşdür. Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 99 milyon 826 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 479 min manat və ya 5,8 faiz çoxdur.
Socar ötən ay dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödəyib
11:46
11 Sen 2017