SOCAR və Misirin Dövlət Neft Şirkəti (EGPC) Anlaşma Memorandumu imzalayıblar.
SOCAR-ın mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, noyabrın 2-də Misirdə səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu ölkənin neft və mineral ehtiyatlar naziri Tarık əl Molla ilə görüşüb.
Görüşdə tərəflər SOCAR ilə EGPC arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıb.
Sonda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidi tərəfindən Anlaşma Memorandumu imzalanıb.