SOCAR (Dövlət Neüft Şirkəti, ARDNŞ)”SOCAR Energy Georgia” MMC-də iştirak payını 67,34%-dək artırıb. FED.az xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə enerji bazarındakı mənbə məlumat verib.
"2017-ci il mayın 29-da SOCAR 58 mln. manat ($34 mln.) ödəməklə "SOCAR Energy Georgia" şirkətinə məxsus səhmlərin 16,34%-ni əldə edib. Bu sövdələşmə nəticəsində neft şirkətinin "SOCAR Energy Georgia”da səhm nəzarət paketi 51%-dən 67,34%-ə qədər artıb", - deyə mənbə bildirib.
"SOCAR Energy Georgia" MMC 2006-cı ildə yaradılıb. Müəssisənin səhmdarları SOCAR, “Intersun Holdinq FZCO” və “Heritage General Trading FZE” şirkətləridir.