31 dekabr 2016-cı il tarixinə SOCAR-ın ümumi gəlirləri 51,905 mlrd. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 57% çoxdur.
SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına görə, gəlirlərin 3,704 mlrd. manatı neft-qaz sektorunun, 3,355 mlrd. manatı emal sektorunun, 1,934 mlrd. manatı tikinti, 62,355 mlrd. manatı satış və paylama, 450 mln. manatı tədqiqat və inkişaf, İT, təhlükəsizlik sahəsinin, 19,893 mlrd. manat zərər hissəsi isə şirkətdaxili əməliyyatların payına düşür.
Bundan başqa, şirkətin cəmi aktivlərinin həcmi ötən ilin sonuna 33% artaraq 53,007 mlrd. manat, cəmi öhdəliklərinin həcmi 40% artaraq 35,303 mlrd. manat, cəmi kapital xərcləri isə 2% artaraq 4,884 mlrd. manat təşkil edib.
Bununla belə, SOCAR ötən ili ümumilikdə 350 mln. manatlıq xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, ötən il əldə olunan gəlirlərin 5,171 mlrd. manatı Azərbaycanın, 40,438 mlrd. manatı İsveçrə, 3,479 mlrd. manatı Türkiyə, 1,156 mlrd. manatı Birləşmiş Ərəb Əmirlikləri, 1,046 mlrd. manatı isə Gürcüstandakı törəmələrinin, 615 mln. manat isə digər ölkələrin payına düşür.