İqtisadiyyat

SOCAR-dan 1,2 milyarda manat xalis mənfəət - HESABAT

SOCAR-dan 1,2 milyarda manat xalis mənfəət - HESABAT | FED.az
12:02 4 İyun 2019

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)  2018-ci il üçün maliyyə hesabatını açıqlayıb.

FED.az Banker.az-a istinadən xəbər verir ki, auditi “E&Y Azerbaijan” aparıb.

Hesabat zamanı məlum olub ki, Şirkət ümumi gəlirlərini əvvəlki illə müqayisədə artıraraq 111,2 milyard manata çatdırıb. 2017-ci ildə bu 92,57 mlrd. manat təşkil edirdi. Satışların maya dəyəri 105,5 milyard manat, xalis əməliyyat xərcləri isə 2,1 milyard manat təşkil etmişdir. Ötən ildə şirkətin əməliyyat gəliri artaraq, 3,6 milyard manata çatmışdır.

Eləcə də bax: Neft Fondu daşınmaz əmlakdan - 60 MİLYON DOLLAR İTİRİB – CƏDVƏL

SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, Şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olmuşdur. 

Hesabat ilində xam neftin satışından 58,5 milyard manat, neft məhsullarının satışından isə 40,1 milyard manat əldə edilmişdir. 

Digər xəbərlər