Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-sentyabr ayları ərzində 5 675,8 min ton xam nefti hasil edib.
SOCAR-ın aylıq hesabatında bildirilir ki, cari ilin ilk 9 ayında hasil olunan xam neftin 618,6 min tonu sentyabr ayının payına düşüb.
Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövünə nisbətən 8,7%, bu ilin sentyabr ayında hasil olunan xam neftin həcmi isə ötən ilin sentybarına nisbətən 8% azalıb.