Yaxın günlərdə “Smart Customs” mobil tətbiqinin vizual və texniki baxımdan təkmilləşdirilmiş versiyasının ictimaiyyətə təqdim olunması planlaşdırılır.
Eləcə də bax: “Smart Customs” mobil tətbiqindən istifadə edənlərin sayı - 229 Min Nəfərə Yaxındır
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, yeni versiyaya bir çox funksionallıqlar əlavə olunub. Xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalındakı bildirişləri artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə də izləyə biləcəklər.