“Dövlət başçısının tapşırığına uyğun olaraq, azad edilmiş torpaqlarda 100 min hektara yaxın ərazidə əkin işlərinin aparılması ölkənin ərzaq təhlükəsizliyi təminatını artıracaq”.
Eləcə də bax: Azərbaycanda dövlət satınalmalarında - 8,3% QƏNAƏT EDİLİB
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi yeni SES-lərin yaradılmasına şərait yaradacaq və bu, diqqətdə saxlanılacaq: “Qarşıdakı dövrdə büdcə xərclərindən səmərəli istifadə edilməsi, izafi xərclərin qarşısının alınması üçün nəzarətin daha da gücləndirilməsi təmin ediləcək. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq. Dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdiriləcək. Hazırda postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir”. (Apa)