Banner

İqtisadiyyat

Şirkətlərə nəzarət üçün - YENİ SİSTEM – BİR AYA İŞƏ DÜŞƏCƏK

Şirkətlərə nəzarət üçün - YENİ SİSTEM – BİR AYA İŞƏ DÜŞƏCƏK | FED.az
10:35 18 Mart 2019

Azərbaycan hökuməti işçilərin həyatının sığortasına nəzarəti gücləndirməyə hazırlaşır. Bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, hazırda bunun üçün yaradılan yeni sistem üzərində işlər başa çatmaqdadır.

Söhbət işçilərin «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən əmək qabiliyyətinin qismən və ya tamamilə itirilməsindən sığortalanmasından» gedir. Qanunvericiliyə görə, ölkədə bütün işçilərin bu sığorta növü üzrə sığortalanması məcburidir. Amma indiyədək bunu reallaşdırmaq mümkün olmayıb. Bir qədər əvvəl həyat sığortası şirkətləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bu sahədə əməkdaşlıq sazişinin imzalanmasından sonra da vəziyyətdə ciddi dəyişiklik yoxdur.

Eləcə də bax: «Keyfiyyətsizdir, ona görə ucuzdur» - «AZƏRSUN»DAN AÇIQLAMA

Nazir FED.az-a bildirib ki, artıq bu sahəyə nəzarət üçün sistemin qurulması işləri başa çatır: «Nəzarət artacaq,

hazırda bunun həm normativ-hüquqi, həm də texniki tərəfləri üzərində iş aparılır».

Belə ki, hazırda Əməyin Mühafizəsi Fondu ilə bağlı işlər yekunlaşıb. Bu məsələyə Nazirlər Kabinetində baxılır: «Çünki işçilərin sığorta edilməsinə sığorta şirkətləri ilə birlikdə, əməyin mühayizəsi fondu da nəzarət edəcək».

Məsələnin texniki tərəfi də həll olunur: «İcbari Sığorta Bürosunun (İSB) bazasında elektron imkanlar yaradılır ki, bu baza bizim nazirliyin əmək müqavilələrinin bildirişi elektron sisteminə inteqrasiya olunsun. Biz onun vasitəsilə işçilərin sığortalınıb sığortalanmamasına tam nəzarət edə biləcəyik».

FED.az xəbər verir ki, yeni sistem işə düşdükdən sonra əmək müqaviləsi olan işçilərin sığortasının olub-olmadığı avtomatik yoxlanacaq, sığorta müqaviləsi yoxdursa, ona bildiriş göndəriləcək, xəbərdarıq ediləcək, sonra isə cəzalandırılacaq. «Bütün bu işlərin bir aya başa çatması gözlənilir. Artıq bir ay ay yarıma istehsalatda bədbəxt hadisələrə nəzarət tam bərpa olunacaq»-deyə S.Babayev bildirib.


 

Digər xəbərlər

Banner